Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dərəyə atdığı soyuducunu çiynində daşıtdırdılar, 45 min avro da cərimələdilər - Video

İspaniyanın Almeriya şəhərində bir kişinin xarab olmuş soyuducusunu şəhər kənarındakı dərəyə atması ona baha başa gəlib. Atdığı soyuducunu onun özünə daşıtdırıblar, üstəlik, ətraf mühiti korladığına görə 45 min avro da cərimələnib.

Bizimyol.info xəbər verir ki, kişinin o soyuducunu dərəyə necə atmasını da, bir müddət sonra onu çiynində necə daşımasını da nümayiş etdirən videolar sosial şəbəkələrdə paylaşılıb.

Şəxsin kimliyi tam açıqlanmasa da, polisin bu barədə məlumatlarında “Mario” kimi təqdim olunur. O, məişət texnikasının bərpasıyla məşğul olan şirkətdə işləyir. Bir müddət əvvəl onun özü “Twitter”də soyuducunu dərəyə necə atdığını göstərən video paylaşıb.

“Görək ki, bu dərədə soyuducu neçə dəfə fırlanacaq...”, - görüntünün fonunda onun öz səsi də eşidilir.

Bir müddət sonra İspaniyadakı Vətəndaş Qvardiyasının “Twitter” səhifəsində də bir video yayımlandı. Bu videoda isə Mario atdığı soyuducunu öz çiynində dərədən üzüyuxarı qaldırırdı. Ona daha bir kişinin də bu işdə kömək etdiyi görünürdü.

Məhkəmə qərarıyla Mario həm də inzibati qaydada cəzalandırılıb – ona 45 min avro cərimə kəsilib. Vətəndaş Qvardiyası bununla kifayətlənməyib, onun işlədiyi şirkətdə də yoxlamalar aparır.

“Twitter”də başqa bir kişinin dərəyə paltaryuyan maşın atdığını göstərən video da yayılıb. Qvardiya indi də bu video ilə bağlı araşdırma aparır.

Son xəbərlər
Bütün xəbərlər »