Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Londondakı xəbər mərkəzi: “Səudiyyə Ərəbistanı Ərdoğanı devirmək üçün plan hazırlayıb”

“Səudiyyə Ərəbistanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı zəiflətməyə və son nəticədə devirməyə hesablanmış “strateji planı” reallaşdırmağa başlayır”, - Londonda yerləşən və Orta Şərqdəki hadisələri təhlil edən online xəbər mərkəzi “Middle East Eye” belə yazır.

İddia olunur ki, Birləşmiş Ərəb Əmirlikləri üçün hazırlanmış konfidensial hesabat onların da əlinə keçib. Sənədin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsindən bir qədər sonra hazırlandığı bildirilir. İddiaya görə, Səudiyyə şahzadəsi Məhəmməd bin Salman Qaşıqçı olayı ilə əlaqədar Türkiyəni onu biabır etməkdə günahlandırır.

Bizimyol.info xəbər verir ki, Qaşıqçı ilə bağlı baş verənlərə Türkiyənin reaksiyası kəskin olub. Ankara Səudiyyə Ərəbistanından baş verənlərə görə hesabat tələb edib. Ardınca bu olay bütün dünyada ciddi səs-küy yaradıb. ABŞ və Mərkəzi Kəşfiyyat İdarəsi də bu qətldə şəxsən şahzadə bin Salmanın əli olması barədə Türkiyə xüsusi xidmət orqanlarının mövqeyilə razılaşıb.

“Middle East Eye” iddia edir ki, əldə etdiyi hesabatda “Ərdoğanın Səudiyyə Ərəbistanı ilə bağlı məsələdə çox irəli getdiyi, Türkiyənin jurnalistin qətlinin araşdırılmasında yaxından iştirak etmədiyi, əvəzində şahzadənin nüfuzuna zərbə vurmaq məqsədilə yalan məlumatlar yaydığı” yazılıb.

“Nəticədə Səudiyyə Ərəbistanı “cavab zərbəsi” vurmaq və Türkiyə prezidentinin regiondakı nüfuzunu zəiflətmək qərarına gəlib. Plana əsasən, Səudiyyə Ərəbistanı Ərdoğan hökumətinə qarşı güclü təzyiqlər üçün bütün mümkün vasitələrdən istifadə edəcək. İlk növbədə Səudiyyə krallığı Türkiyə iqtisadiyyatına yatırdığı maliyyənin tədricən azaltmaq niyyətindədir. Türkiyəyə gedəcək turistlərin sayının azaldılması, regionda islamçılıq məsələlərində rəsmi Ankaranın rolunu azaltmaq da planın tərkib hissəsidir. Səudiyyə Ərəbistanı hesab edir ki, Ərdoğanın başı daxili problemlərə qarışandan sonra onu ya ölkədəki müxalifət devirəcək, da ya özü ardıcıl səhvlərə yol verməklə, böhranı daha da dərinləşdirəcək. Səudiyyənin planın icrasına başlamasının ilk işartıları ötən həftə özünü göstərdi – krallıq Türkiyənin paltar, meyvə və s. məhsullar gətirən 380 gəmisini saxladı.

Türkiyənin Turizm Nazirliyinin məlumatına görə, bu ilin ilk 6 ayında ölkəyə gələn ərəb turistlərin sayı 15 faiz azalıb. Bundan başqa, Səudiyyə kralı müşavirlərinin İslam Əməkdaşlığı Təşkilatının Məkkədə keçirilən sammitində iştirak üçün Ərdoğana dəvət göndərməmək barədə məsləhətlərinə “hə” deyib.

Türkiyə hökuməti də Səudiyyə vəliəhdinin planlarından xəbərdardır. Ona görə də birbaşa onun atası, kral Salmanla əlaqə saxlamağa üstünlük verirlər. Məlumata görə, bugünlərdə Ərdoğan onunla söhbətində Türkiyə gəmilərinin saxlanması məsələsini müzakirə edib, onları ailəvi Türkiyəyə dəvət edib”, -  deyə “Middle East Eye” yazır.

Son xəbərlər
Bütün xəbərlər »