Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən məhsuldar rayonların adları açıqlandı

Azərbaycanda dənlilərin və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir.

Bizimyol.info Trend-ə istinadən xəbər verir ki, 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən payızlıq və yazlıq dənlilər və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1 milyon 039,5 min hektar sahənin 1 milyon 026,5 min hektarı və yaxud 98,7 faizi biçilərək məhsulu yığılıb.

Toplanmış məhsul 3 milyon 218,0 min ton təşkil edib və məhsuldarlıq 31,4 sentnerə bərabər olub. Yığılmış məhsulun 2 milyon 167,1 min tonu və yaxud 67,4 faizi buğda, 1 milyon 014,9 min tonu (31,5 faizi) arpa, 36,0 min tonu (1,1 faizi) digər dənlilər və dənli paxlalı bitkilərdir.

Respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 33 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılma səviyyəsi 90,0 faizdən aşağı olub.

Ölkənin 25 rayonunda dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olub. Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 43,1 sentner), Saatlı (müvafiq olaraq 41,4), Sabirabad (39,8), Tərtər (38,8), Ağdam (38,4), Salyan (38,0), İmişli (37,2), Ağcabədi (36,1), Cəlilabad (35,0) və İsmayıllı (34,8) rayonlarında olub.

Dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki şəhərində (235,9 min ton), Cəlilabad (237,7 min ton), Kürdəmir (162,0 min ton), Ağsu (116,7 min ton), Füzuli (115,0 min ton), Neftçala (112,1 min ton), Ağcabədi (105,3 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (109,8 min ton) müşahidə olunub.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
Son xəbərlər
Bütün xəbərlər »