Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda tarixi bina sökülür? - Açıqlama

Nikola Tesla heykəlinin arxasında sökülən bina tarixi yox, yaşayış binasıdır.

Bu barədə “Qafqazinfo”ya məlumat Nəsimi Rayon İcra Hakimiyyətindən verilib.

Bildirilib ki, sözügedən bina qəzalı vəziyyətdə olan binalar siyahısında olub:

“Pilot layihə əsasında bina sökülüb və layihəni icra edən şirkət bina sakinlərini köçürərək onları müvəqqəti kirayə mənzillərlə təmin edib. Ərazidə yeni bina tikildikdən sonra sakinlər əvvəlki ünvanlarına qayıdacaq. Binanın bir hissəsi artıq sökülüb”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »