Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Naxçıvanla sərhəddə hasar hörməyə hazırlaşır

Ermənistanın müdafiə naziri David Tonoyan bu gün Beynəlxalq Qırmızı Xaç komitəsinin Yerevan nümayəndəliyinin rəhbəri Kleyr Meytronu qəbul edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə beynəlxalq humanitar təşkilatın rəhbəri Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində müdafiə hasarları tikintisi barədə təklif irəli sürüb.

Belə ki, tərəflər Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsində son vaxtlar artan gərginliyi müzakirə ediblər. Kleyr Meytro həmin istiqamətdə mülki sakinlərə, onların əmlakına “təhlükənin yaranmasından” narahatlıq ifadə edib və bildirib ki, Komitə Ermənistanın müvafiq strukturları ilə risklərin azaldılmasına dair pilot proqram həyata keçirməyə hazırdır. Proqram məktəblərin, uşaq bağçalarının və daha çox atəş altında qalan sahələrin ətrafında müdafiə hasarlarının çəkilməsini, habelə əhali arasında məlumatlandırma aparılmasını nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan ordusu ötən il Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək mövqelərini bir neçə kilometr irəli çəkib, habelə strateji əhəmiyyətli “Qızılqaya” yüksəkliyini tutub. Bu yüksəklikdən Ermənistandan Qarabağa gələn Gorus-Laçın avtomobil yolunu və bir sıra yaşayış məntəqələrini, habelə düşmən ordusunun mövqelərini nəzarətdə saxlamaq mümkündür.

Ermənistan Müdafiə Nazirliyi əvvəlcə Naxçıvan istiqamətində “heç nə baş vermədiyini” israrla bildirsə də daha sonra Azərbaycan ordusunun irəlilədiyini və nəticədə bəzi erməni yaşayış məntəqələrinin atəş altına düşdüyünü etiraf etməli oldu.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »