Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Muğanbank" ölkə Prezidentinin qərarını saymır?

Qocaman jurnalist Mayis Kazımov “Muğanbank”dan şikayətçidir. Mayis Kazımovun Bizimyol.info saytına verdiyi məlumata görə, banka borunu ödəsə də bank yenə onu borclu hesab edir.

“2015-də dollarla kredit götürdüm. Cərimə silinməlidir, silinmir. Prezidentin dollar kreditləri ilə bağlı verdiyi fərmana qədər borcumu bir dollara qarşılıq 1,70 qəpiklə ödəmişəm. “Muğanbank”a dəfələrlə zəng etmişəm. Deyiblər prezidentin fərmanı bizə çatmayıb. Bu necə ola bilər? Bütün dünya bu fərmandan danışır, “Muğanbank”a məlumat çatmayıb?4649,49 dollar kredit qarşılığında Muğan Banka 7.863 dollar ödəmişəm. Mənə bildirirlər ki, hələ Banka 4318 (?! )AZN pul ödəməliyəm. Zəng edəndə də deyirlər biz düz hesablamışıq”,- deyə Mayis Kaızmov bildirib.

Məsələ ilə “Muğanbank”la əlaqə saxladıq. Bankın əməkdaşı məsələni araşdıracaqlarını deyib, Mayis müəllimi məsul şəxslərindən Əhməd Məmmədovun qəbuluna yazılmağa dəvət etdilər. Problemi izləməkdə sözsüz ki, davam edəcəyik. Lakin bir gün banka borc gecikəndə faiz yazmağı unutmayan bank, bir insanın çağırışlarına, şikayətlərinə niyə bu qədər laqeyd yanaşmalıdır?

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »