Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyada İŞİD sıralarına qoşulan 2 min MDB vətəndaşı saxlanılıb

2019-cu ilin ilk yarısında Suriyanın şimal-şərqində terrorçu “İslam dövləti” sıralarına qoşulmuş MDB ölkələrinin 2 min vətəndaşı saxlanılıb.

BMT-nin Baş katibi Antonio Quterreşin qurumun saytında yerləşdirilmiş hesabatında belə deyilir.

Qeyd olunur ki, bu şəxslərdən qadın və uşaqlardan ibarət 524 nəfərlik qrup Qazaxıstana, 156 nəfər Özbəkistana və 84 şəxs Tacikistana repatriasiya olunub. Lakin Mərkəzi Asiya ölkələrindən Suriya və Əfqanıstana insan axını davam edir.

Hesabatda bildirilir ki, 2012-ci ildən bəri Tacikistan və Özbəkistandan terrorçu qruplaşmaların sıralarına 3 mindən çox insan qoşulub. Sənəddə deyilir: “Regiondakı üzv dövlətlər yeni silahlıların və terrorçularının tərəfdarlarının meydana çıxmasından narahatdır. 2019-cu ildə xüsusi xidmət orqanlarının birgə əməliyyatları nəticəsində İŞİD-in 26 üzvü həbs olunub, onlardan bir neçəsi münaqişə zonalarından qayıdanlardır”.

Hesabatda vurğulanır ki, internet saytlarında Mərkəzi Asiya xalqlarının dillərində təbliğat materialları yerləşdirilir ki, bu da terrorçulara bu regionda öz gizli təşkilatlarını yaratmağa və daha çox insan cəlb etməyə imkan yaradır.

Antonio Quterreş diqqətə çatdırıb ki, 2019-cu ilin martında Əl-Baquzada “İslam dövləti” silahlılarının darmadağın edilməsi bu təşkilatın Suriyadakı fəaliyyətinə son qoyub. Sözdə “xilafətin” son qalasını müdafiə edən terrorçuların əksəriyyəti öldürülüb. Onların ailələri isə döyüşlərdən əvvəl bu bölgəni tərk edib və Suriyanın şimal-şərqində yerləşən məcburi köçkünlərin və qaçqınların düşərgələrinə gəliblər. Hazırda bu şəxslər mühafizə altında saxlanılır. Lakin sağ qalan terrorçular bölgədə fəaliyyət göstərən digər silahlı qruplaşmalara qoşulublar. (virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »