Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanışını qətlə yetirən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını söyüş üstündə bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Adil Qazıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə prosesdə hökm oxunub. Hökmə əsasən o, 16 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, paytaxtın Nizami rayonunda əvvəllər məhkum olunmuş 41 yaşlı Adil Qazıyev tanışı, 55 yaşlı Fərzalı Nəsirovla yaşadığı binanın qarşısında mübahisə edib. Mübahisə tərəflər arasında əlbəyaxa davaya çevrilib. Dava zamanı Adil Qazıyev Fərzalı Nəsirova bir bıçaq zərbəsi vurub.

Ağır xəsarət alan Fərzalı Nəsirov hadisə yerində ölüb.

Nizami rayon polis idarəsi 25-ci polis şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Adil Qazıyevi saxlanılıb. O, hadisənin söyüş üstündə törətdiyini bildirib. (apa)

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »