Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda kommunal borcu olan maaşını ala bilməyəcək

Türkmənistan hakimiyyəti borcluları aşkarlayaraq onlara kommunal xidmətləri müxtəlif yollarla ödətdirir. Belə ki, dövlət qulluqçuları yalnız qaz, işıq və supulu borcu olmamasına dair arayış təqdim edəndən sonra əməkhaqqı ala bilir.

Azadlıq Radiosu-nun türkmən xidmətinin məlumatına görə, borcu olan dövlət qulluqçuları iyul-avqust aylarının maaşını ala bilməyəcəklər. Borcun olmamasına dair arayışın alınmasına isə azı bir ay gedir.

Hazırda elektrik enerjisi müəssisələrində böyük növbələr yaranıb, bəzilərində minədək adam var. Radio Azatlık xəbər verir ki, arayış almaqdan ötrü təkcə işıqpulunu deyil, əlavə 50 manat rüşvət vermək də lazım gəlir.

Bundan öncə bir neçə yerli təşkilatın rəhbərliyi öz hərəkətlərini prokurorluğun tələbləri ilə izah ediblər.

Bu ilin aprelində Aşqabaddakı bəzi dövlət qurumları, özəlliklə su idarəsi supulu yığılanadaək işçilərin əməkhaqqısını ödəməmişdi.

Türkmənabad şəhərində ictimai nəqliyyatda borca görə işıqların kəsiləcəyi xəbərdarlığı peyda olub. İndiyədək belə xəbərdarlıq mətbuatda dərc olunurdu.

Daşoğuz rayonunda məktəblər daxil büdcə təşkilatlarının əməkdaşlarından tələb edirlər ki, kommunal xidmətlər üçün qabaqcadan ödəniş etsinlər. Tələb edirlər ki, elektrik, su və qazın pulunun ödənməsi haqda arayış gətirsinlər, sonra isə kommunal xidmətlərə görə bir neçə ayın pulunu qabaqcadan versinlər.

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »