Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizdə mental olaraq nağdsız hesablaşmalara etibar yoxdur"

Ekspert nağdsız hesablaşmanın inkişafına mane olan qrumu tənqid etdi

Ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirmək məqsədilə 2016-cı ildə “Nağdsız hesablaşmalar haqqında” qanun qəbul edilib. Rəsmi açıqlamaya görə, hələ də Azərbaycanda nağdsız ödənişlər aşağı səviyyədədir.

Nağdsız hesablaşmalar nə üçün zəif inkişaf edir?

Bank üzrə ekspert Əkrəm Həsənov bizimyol.info-ya bildirib ki, nağdsız hesablaşmaların inkişaf etməli dövrü bankların böhranı dövrünə təsadüf etdi: “Və ona görə də banklar bu sahəyə vəsait qoya bilmirlər və qoymurlar. Yəni nağdsız hesablaşmalar üçün lazım olan texnologiyalarla təminata pul ayırmırlar. Hazırda da banklarda maliyyə çətinliyi var”.

Əkrəm Həsənov(1)

Ekspert qeyd edib ki, nağdsız hesablaşmaların inkişaf etməməsinin ikinci səbəbi banklara olan inamsızlıqdır: “İkinci səbəb odur ki, bizdə mental olaraq nağdsız hesablaşmalara etibar yoxdur. Ona görə də nağdsız hesablaşama mədəniyyəti hələ formalaşmayıb. Buna səbəb də banklara etimadın sarsılmasıdır.

Onu deyim ki, gündən-günə nağdsız hesablaşmaların populyarlığı artır. Bu sahənin inkişafı üçün normativ bazanın işlənməsinə ehtiyac var. Bu sahə əvvəllər Mərkəzi Bankın nəzarətində idi. İndi bu iş Maliyyə Bazarların Nəzarət Palatasına tapşırılıb. Bu təşkilatın isə kadr çatışmazlığı problemi var”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »