Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbələli toy sahibi: “Özümüz də zəhərlənmişik”

Avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində Həsən Əsgərovun həyətində təşkil olunmuş toy məclisində iştirak edən təxminən 500 nəfər qonaqdan 89 nəfərinin (19-u qadın, 8-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.

Xəbər verdiyimiz kimi avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində Həsən Əsgərovun həyətində təşkil olunmuş toy məclisində iştirak edən qonaqlardan 89 nəfəri (19-u qadın, 8-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib.

Toy sahibi Həsən Əsgərovun Bizimyol.info saytına verdiyi məlumata görə, toyda təxminən 300-400 nəfər iştirak edib. Toyda istifadə olunan ət məhsulları onu şəxsi təsərrüfatından götürülüb. “Bizdə kənardan ət almırlar. Qapıda bəslədiyim heyvanı kəsmişdim. Toyda toyuq əti, dana və quzu ətindən kakablar və digər yeməklər hazırlanıb. Qarpızı da öncədən almışdıq. Toydan qabaq da həmin qarpızdan yemişik, həyətdə toy tədarükü görən qohum əqrəba da bir neçə gündür o qarpızdan yeyirdi. Heç bir probelm yaranmamışdı”,- deyə o bildirib.

Toyda zəhərlənən şəxslərin hamsı artıq evə buraxılıb. Lakin zəhərlənmənin dəqiq hansı qida maddəsindən baş verməsi bilinmir. Onu demək olar ki, toy sahibi toyu öz evində etdiyi üçün yeməklərin bayat olması şübhəsi aradan qalxır. Bizimyol.info-nun əldə etdiyi məluamta görə, toyda süfrəyə verilmiş limonad və buna bənzər içkiilərin Göyçayda bir sexdə istehsal olduğu müəyyənləşib. Və hazırda həmin sexdə araşdırmalar aparılır. O ki, xəbərlərdə sonda işlədəilən rutin “aidiyyətli şəxslərin məsuliyyətə cəlb olunması” məsələsinə, heç kim məsuliyyətə cəlb olunmayıb. Axı məsuliyyətə cəlb olunacaq adam yoxdur. Toy sahibləri özləri də ( bəyin anası və nənəsi) toy günü zəhərlənənlər sırasındadırlar.Həm bu zəhərlənmə ən böyük maddi və mənəvi zərəri də elə ev sahiblərinə vurub. Yəqin bu toyu nə ev sahibləri unuda biləcək, nə də qonaqlar.

Kütləvi zəhərlənmə faktı ilə bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 200.3-cü (istehlakçıları aldatma və ya pis keyfiyyətlə məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Qida zəhərlənməsi özünü hansı şəkildə göstərir? Bilmək lazımdır ki, qida zəhərlənməsi zamanı bir neçə saat inkubasiya dövrü olur. Prodromal dövr dedikdə ümumi zəiflik, halsızlıq, ürək bulanması, qusma, ishal və bədən hərarətinin qalxması nəzərdə tutulur. Özünə və ya zəhərlənən digər şəxsə ilk yardım göstərmək üçün birinci növbədə mədə-bağırsağın yuyulması (çoxlu miqdarda sodalı ya marqanisli su içmək), bağırsağı təmizləyici imalə etmək lazımdır.

Əgər bu mümkün olmazsa, hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib 1 stəkan suya qatıb içmək lazımdır. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin inkişafının qarşısı alınır. Lakin əgər artıq zəhərlənmə inkişaf etmişsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil. Çünki çox pis ağırlaşmalar baş verə bilər. Təzyiq düşməsi, infeksion toksiki, xəstə şok keçirə bilər. Qida zəhərlənmələəri bir neçə növdür. Ən ağır növ kimi, ən çox ölüm halları rast gəlinən Botulizm hesab olunur. Botulizm düzgün şəraitdə hazırlanmamış konservlərdən olur. Başqa ağır qida zəhərlənmələrinə taunu aid etmək olar. Çox nadir hallarda rast gəlinir. Qalan qida zəhərlənmələri adətən stafilokok və s. kimi mikrob törərədici xəstəliklər olub yüngül və ağır şəkildə özünü göstərir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »