Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın Rusiyadakı səfiri istefa verib

ABŞ-ın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Con Xantsman istefa ərizəsi yazıb.

“The Hill” xəbər verir ki, səfir artıq istefa ərizəsini ABŞ prezidenti Donald Trampa göndərib.

Xantsman səfir postunu 3 oktaybrda tərk edəcək. “Mən bütün səyimi öz səlahiyyətlərimi daha yumşaq formada sələfimə ötürüm. Bu, bizim xarici siyasətimizə böyük diqqət yetirilməsinə zəmanət verir”- deyə, amerikalı diplomat müraciətində bildirib.

Qeyd edək ki, Xantsman 2017-ci ilin oktyabrından ABŞ-ın Rusiyadakı səfiri postunda çalışır. İstisna edilmir ki, o, yenidən Yuta ştatının qubernatoru vəzifəsi uğrunda mübarizəyə qoşulacaq. Diplomat 2005-2009-cu illərdə həmin ştatın qubernatoru olub. (ölkə.az”)

Son xəbərlər
Bütün xəbərlər »