Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gözlənilən süni-qiymət artımı ilə bağlı nazirlikdən açıqlama

Xəbər verdiyimiz kimi 12-13 avqust tarixlərində ölkəmizdə Qurban bayramı qeyd olunacaq. Bakının müxtəlif ət kəsimi yerlərində aparılan araşdırmalar göstərir ki, adətən Qurban bayramı günlərində qurbanlıq qoyunların və ətin qiyməti bahalaşır.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Nicat Nəsirli bizimyol.info-ya bildirib ki, süni qiymət artımına istək və təşəbbüslər ən çox Qurban bayramı günlərində rast gəlinir: “Bayram cəmi 3 gün davam etdiyi üçün bayramın birinci günü hamı qurban kəsməyə çalışır ki, bu zaman bazarlarda böyük təlabat əmələ gəlir, insanların tələskənliyindən istifadə edərək qiymətləri şişirdirlər. Daha çox qoyunun kəsimi, soyulması kimi işlərdən əlavə pul alınır”.

Nicat Nəsirli Nicat Nəsirli

Nazirliyin mütəxəssisi əhaliyə iki istiqamətdə məsləhət gördü: “Birincisi, qurbanı bayramın ikinci və üçüncü günü də kəsmək olar, hamı birinci günü kəsməyə çalışıb bazarlarda gərginlik yaradıb fırıldaqlara əsas verməsinlər. İkincisi, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili işlər nazirlikləri qaynar xətlərini elan ediblər.

Əhalidən xahiş edirik ki, təkcə süni qiymət artımı ilə deyil, eyni zamanda sanitar-gigiyena problemləri ilə üzləşsələr dövlət qurumlarının qaynar xətlərinə məlumat versinlər ki, bayram günlərində bazarları nəzarətdə saxlamaq mümkün olsun”.

Ramid İbrahimov

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »