Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu oyundan daha ağırı bizi Bakıda gözləyir” - Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri səfər oyununu şərh edib.

Bizimyol.info Matc.az-a istinadən xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

"Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular. Rəqibin gücü hamıya məlumdu. Bilirdik ki, ilk dəqiqələrdən təzyiq yaradacaqlar. APOEL özünəməxsus oyun üslubu olan bir komandadı. Qələbəyə baxmayaraq, arxaynlaşmayacağıq. Yaxşı başa düşürük ki, bu oyundan daha ağırı bizi Bakıda gözləyir. Bu qarşılaşmanı analiz edib cavab matçında daha hazırlıqlı olmalıyıq".

Son xəbərlər
Bütün xəbərlər »