Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "ABŞ özünü həqiqi müttəfiq kimi aparmalıdır"

ABŞ özünü həqiqi müttəfiq kimi aparmalıdır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərlə görüş zamanı deyib.

O vurğulayıb ki, ABŞ Türkiyəyə qarşı ədalətsizdir: “Təəssüf ki, məhz bizim müttəfiqimiz ABŞ Suriyanın şimalında terrorçuları silahlandırıb”.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin təhlükəsizliyi ilk növbədə NATO-nun təhlükəsizliyidir: “Türkiyənin milli maraqları hətta hərbi yolla da müdafiə olunacaq və Ankara özünə qarşı yönəlmiş bütün təhdidləri zərərsizləşdirəcək”.

Son xəbərlər
Bütün xəbərlər »