Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəb şeyxləri “mərmər” avtomobillər sürməyə başlayıb - Fotolar

London küçələrində Dubay nömrəli iki superavtomobil gözə dəyir. “Ferrari 812 Superfast” və “Bentley Bentayga”ya “mərmər” üzlük vurulub.

Bizimyol.info xəbər verir ki, ərəb şeyxləri avtomobil dünyasına yeni trend gətirib. Onlar Avropada “mərmər” avtomobillərdə gəzirlər.

Hər şey çox sadədir. Sadəcə, avtomobillərin üzlükləri mərməri xatırladır. Beləcə, London küçələrində xüsusi diqqət çəkmək alınır.

Yeni dizaynı hamı bəyənmir. Sosial şəbəkələrdə ərəb şeyxlərini tənqid edənlər çoxdur. Mərməri xatırladan üzlükləri oteldəki vanna otaqlarına bənzədənlər tapılıb.

Sosial şəbəkələrdə belə üzlüklə “Lamborghini Urus” və “Bugatti Chiron” da peyda olub. Şəbəkə istifadəçiləri “mərmər”in bu avtomobillərə daha çox yaraşdığını düşünür.

Yeni üzlüklərin üstünlüyü ondadır ki, cızılma ehtimalını yox edir. Həm də avtomobilin dizaynını tez-tez dəyişmək imkanı verir.

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
Son xəbərlər
Bütün xəbərlər »