Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya əhalisinin dörddəbir hissəsi ölümlə üz-üzə

Dünya əhalisinin təqribən dörddəbir hissəsi su qıtlığının yüksək həddə çatdığı 17 ölkədə yaşayır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Dünya Resursları İnstitutu (WRI) yayıb.

Su qıtlığından ən çox əziyyət çəkən ölkələr bunlardır: Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, BƏƏ, San-Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana. Bu ölkələr Yaxın Şərqdə və Şimali Afrikada yerləşir.

Bu siyahıda 13-cü yeri tutan Hindistanın əhalisi qalan 16 ölkənin hamısının əhalisindən 3 dəfə çoxdur.

Dünya Resursları İnstitutunun məlumatında deyilir: “Su qıtlığından daha çox əziyyət çəkən 17 ölkədə kənd təsərrüfatı və sənaye sahələri, habelə bələdiyyələr istifadədə olan səth və yeraltı suların ildə orta hesabla 80 faizini istehlak edir”.

WRI-nın baş direktoru Endrü Stir deyib: “Su qıtlığı ən böyük böhrandır. Onun barəsində heç kəs danışmaq istəmir. Su qıtlığının nəticələri ərzaq çatışmazlığı, münaqişə və miqrasiyalar, habelə maliyyə sabitliyinin pozulması şəklində təzahür edir”.

Hətta su qıtlığının aşağı olduğu ölkələrdə də qaynar nöqtələr var. ABŞ-ın bu siyahıda 71-ci yeri tutmasına baxmayaraq, Nyu-Meksiko ştatı BƏƏ ilə eyni səviyyədə su qıtlığı ilə üzləşir.

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »