Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hitlerin evinin sahibəsinə 810 min avro kompensasiya ödəniləcək

Almaniyanın ötən əsrin 30-40-cı illərində lideri olmuş Adolf Hitlerin doğulduğu ev dövlətin hesabına keçib.

Avstriyanın Braunau-am-İnn şəhərindəki üçmərtəbəli binanın sahibəsinə 810 min avro kompensasiya ödəniləcək.

Bizimyol.info xəbər verir ki, Gerlinda Pommer 1,5 milyon avro istəyirdi. Məhz sahibənin tələbinə görə uzun müddət razılaşma baş tutmurdu. Avstriya hökuməti, demək olar, Pommeri razı salmaq fikrindəydi. Amma Amma Avstriya maliyyə prokurorluğunun işə qarışması vəziyyəti dəyişib.

Evdə arxitektura baxımından müəyyən dəyişiklik olacaq, təmir işləri aparılacaq. Eyni zamanda, binanı neonasistlərin axınından qorumağa çalışacaqlar.

Son xəbərlər
Bütün xəbərlər »