Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arvadını öldürməkdə təqsirləndirilən milyoner həbs edildi

ABŞ-ın Kaliforniya ştatında öz arvadını qətlə yetirməkdə təqsirləndirilən keçmiş milyoner Piter Çedvik həbs olunub.

"Qafqazinfo" xəbər verir ki, hüquq-mühafizə orqanlarından gizlənən Çedvik 4 ildən sonra ələ keçib.

Qeyd edək ki, o, 2012-ci ildə arvadını qətlə yetirməkdə ittiham olunub. Lakin 1 milyon dollar girov müqabilində azad edilib. 2015-ci ildə Çedvikin məhkəməsi keçirilməli olsa da, o, məhkəməyə gəlməyib.

Verilən məlumata görə, arvadı Kui Çu Çedvik yoxa çıxan günün ertəsi Piter Çedvik xilasetmə xidmətinə zəng vuraraq xanımın onların evində işləyən fəhlə tərəfindən öldürüldüyünü deyib. Bir həftədən sonra isə qadının meyiti San-Diyeqo şəhəri ətrafında zibil qutusunda tapılıb.

Çedvik yoxa çıxandan sonra məlum olub ki, o, bank hesablarından milyonlarla vəsaiti çıxarıb, onun evində axtarış zamanı orada şəxsiyyətin dəyişdirilməsinə dair təlimatlar dərc olunmuş kitablar aşkar edilib.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »