Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərdar Cəlaloğlunun yaxın qohumu məhkəmə zalında həbs edildi

"BakuNews.az" saytının təsisçisi Mirkənan Seyidov həbs olunub.

Bizimyol.info xəbər verir ki, M.Seyidov saytın əməkdaşı Cəlal Məmmədovla birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurdu. Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirləndirilirdi. İttihama görə, M.Seyidov və C.Məmmədov paytaxtdakı bir sıra kafe və massaj salonlarını idarə edən, "Antalya Mehman" kimi tanınan Mehman Həsənovu onu rüsvay edəcək məlumatlar yaymaqla hədələyib, pul alıblar. İttihamda yazılıb ki, onlar M.Həsənovdan üç dəfə 400 manat pul alıblar. Növbəti dəfə 1000 manat tələb edəndə isə M.Həsənov polisə şikayət edib. Məhkəmənin hökmüylə M.Seyidova 4 il 11 ay 28 gün, C.Məmmədova 5 il 3 ay həbs cəzası verilib. Onlar istintaq və məhkəmə dövründə azadlıqda olublar, ona görə də məhkəmə zalından həbs edildilər. M.Seyidov və C.Məmmədov son sözündə özlərini təqsirli bilmədiklərini, ittihamda yazılanlarla razılaşmadıqlarını bildiriblər. Məhkəmədən də bəraət hökmü çıxarılmasını xahiş ediblər. Bu iş üzrə zərərçəkmiş qismində tanınan Mehman Həsənov özü də bir müddət əvvəl əxlaqsızlıq yuvası saxlama ittihamıyla həbs olunub.

M.Seyidovun Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun bacısı oğludur. Hökmdə yazılıb ki, o, bir sıra hallarda pul tələb edərkən özünü S.Cəlaloğlunun bacısı oğlu kimi təqdim edib.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
Son xəbərlər
Bütün xəbərlər »