Dövlət televiziyası ilə çıxış edən Ruhani vurğulayıb ki, “İranla sülh bütün sülhlərin anası”, “İranla müharibə bütün müharibələrin anası”dır. O, İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişini müdafiə edib.
“İran İslam Respublikası danışıqlara tərəfdardır, Birləşmiş Ştatlar həqiqətən danışmaq istəyirsə, hər şeydən öncə sanksiyaların hamısını qaldırmalıdır”, – Ruhani vurğulayıb.
İran ötən ay Hörmüz boğazında Britaniya tankerini tutub, onun dəniz qaydalarını pozduğunu iddia edib. Bundan iki həftə öncə isə Britaniya qüvvələri Cəbbərültariqdə İranın neft tankerini ələ keçirib, Suriyaya sanksiyaları pozduğunu söyləyib.
“Boğaza boğaz. Ola bilməz ki, Hörmüz boğazı sizin üçün azad olsun, Cəbbərültariq isə bizim üçün olmasın”, – Ruhani vurğulayıb.
İranın Xarici işlər naziri Cavad Zarif isə avqustun 6-da ABŞ mediasının məlumatını təsdiqləyib. ABŞ mediası onun ötən ay Ağ evdə Trampla görüşməklə bağlı ABŞ senatorunun təklifini geri çevirdiyini yazmışdı.
Zərif deyib ki, iki həftə içində sanksiyalar üzləşmək təhdidinə baxmayaraq, o, təklifi rədd edib.
“Mənə Nyu Yorkda dedilər ki, təklifi qəbul etməsəm, iki həftəyə sanksiya ilə üzləşəcəyəm, yaxşı ki qəbul etmədim”, – o vurğulayıb.