Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Avqustun 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Bizimyol.info xəbər verir ki, Dövlət Komitəsinin sədri əksəriyyəti məcburi köçkün olan 30-dan çox vətəndaşı növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub.

Onlara bir daha bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

Qeyd edək ki, Dövlət Komitəsinin sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir.

Ramid İbrahimov

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »