Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı ekspert: “Paşinyan xəyal dünyasında yaşayır”

Nikol Paşinyanın Xankəndində Azərbaycana qarı verdiyi bəyanatı sərsəm adlandıranlar da var, bunun Azərbaycan tərəfindən ona yetərli cavab verilmədiyi üçün edildiyini deyənlər də.

Xatırladaq ki, dünən Xankəndidəki mitinqdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan: "Bütün dünyanın qürurlu ermənilərini salamlayıram və sözlərimə 1988-ci ildə bu Dirçəliş meydanını silkələyən "Miatsum" (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ) şüarı ilə başlamaq istəyirəm.

Hökumətin “meqalayihələr”indən danışmaq istəyirəm. Strateji hədəflərimiz və problemlərimiz var. Ermənistan 2050-ci ilə qədər bunları həll etməyə qadir olmalıdır. Ermənistan əhalisini ən azı 5 milyona çatdırmalıyıq. Bundan başqa, Ermənistan sənaye ölkəsinə çevirilməli, 10 milyard dollardan çox dəyəri olan ən azı 5 erməni texnoloji şirkətə malik olmalıdır. Əminəm ki, sizlərdən çoxları indi sual verir: nə üçün Qarabağ haqqında heç nə deyilməyib? Cavab birdir: Qarabağ Ermənistandır, nöqtə".

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov Bizimyol.info saytına verdiyi açıqlamada Paşinyanın bu populist çıxışının onun öz gələcəyinə inamsızlığından irəli gəldiyini söyləyib.

“Bu onun gələcək uğursuzluğunun xəbərçisidir. Paşinyan xalqın etimadını itiridiyinə görə, auditoriyaya hesablanmış bu kimi çıxışlarla özünü gözə soxmağa çalıır. Mənə belə gəlir ki, Paşinyanın hakimiyyəti uzun sürməyəcək. O öz xəyal dünyasında yaşayır Bu dünyada onun özündən və xalqından başqa heç kim yoxdur.

Mənə belə gəlir ki, Paşinyan üçüncü qüvvələrin təsiri altındadır, bu qüvvələr ona regionda xaos yaratmaq naminə dəstək təklif ediblər. Hazırda İran ABŞ-dan hücum gözləyir. Rusiya, Türkiyə və Azərbaycan regionda müharibə ocağının yaranmasını və Tehranla hər hansı münaqişəni arzu etmirlər. Böyük siyasi oyun gedir və Paşinyan xalqı ilə birlikdə güclü derjavaların haklimiyyət, təsir gücü uğrunda oyununda oyuncaq rolu oynaya bilər.

Paşinyan Xankəndindəki çıxışı ilə sübut etməyə çalışır ki, Qarabağ erməniləri və Ermənistan bir ölkədir.

Erməni xalqı növbəti dəfə ötən yüzilliklərdə olduğu kimi lazım olan tərəfdə mövqe tutmayıblar. Hesab edirəm ki Azərbaycan sülh danışıqlarını davam etdiməlidir. Bakı böyük və müdrik qonşu kimi planlı şəkildə Yerevanı öz niyyətinə inandırmalıdır. Azərbaycan Ermənistanda hadisələr necə cərəyan edirsə etsin öz torpaqlarını geri qaytarmalıdır”,- deyə politoloq bəyan edib.

Paşinyana cavab olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, bu açıqlama ilə Ermənistanın baş naziri, həmçinin özü-özünü inkar edir və bir müddət əvvəl Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının cəfəngiyat və yalandan başqa bir şey olmadığını etiraf edir. Bununla, Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »