Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DYP kobudluq edən polisi də, sürücünü də cəzalandırdı - Video

Dünən Qobustan rayon yol polisi əməkdaşlarının “Shacman” markalı yük avtomobilini saxlayaraq sürücünü zorla öz maşınlarına əyləşdirməyə cəhd etməsi barədə məlumjat vermişdik.Görüntülərdə polisin sürcünü zorla avtomobilə əyləşdirmək istəməsi açıq görünürdü.

Xidməti vəifəsini yerinə yetirən polis etik davranış qaydalarını pozaraq “anqırma, indi səni başa salaram” kimi çox kobud ifadələr işlədirdi. Eyni zamanda sürücü də sanki qəsdən polisi bu vəziyyətə gətrimək üçün can atır, həm gizli çəkiliş edir, həm də qanun keşikçilərinə müqavimət göstərirdi. Hər iki tərəfin düzgün hərəkət etmədiyi qanunlardan əsla xəbəri olmayan hər adama da gün kimi aydın görünürdü.

Məsələ ilə bağlı Bizimyol.info saytına açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev

Faktı təsdiqləyib. O həm sürücüyə, həm də polis əməkdaşına cəza verildyini söyləyib:

“Bu hadisə iyunun 1-də Qobustan ərazisində baş verib. Saxlanılan şəxs Kürdəmir rayon sakinidir.O, yükdaşıma qaydasını pozduğuna görə saxlanılıb. Saxlanılan sürücü polis əməkdaşlarına tabe olmaq istəməyərək sürücülük sənədlərini vermək istəməyib, mərkəzi informasiya sistemində şəxsiyyətini müəyyən etmək üçün adını soruşduqda cavab vermək əvəzinə qalmaqal yaradıb. Həmin şəxs haqqında polisə müqavimət göstərdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə qərar çıxarılıb. Eyni zamanda vətəndaşla kobud rəftar etmiş yol müfəttişi də cəzalandırılıb.Polis etikasını pozan həmin əməkdaş da müvafiq qaydada cəzalandırılıb”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »