Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Baş həkimi bıçaqlayan həkim nəşəli olub” – Həkimlərə nəzarət edən varmı?

Ötən gün Sumqayıt şəhərinin I mikrarayou ərazisində yerləşən "Sum Modern Dental Clinic"də bıçaqlanma hadisəsi baş verib. Stomatoloji klinikanın həkimi Pərviz İbrahimov baş həkim Şahin Baxşəliyevə yeddi bıçaq zərbəsi endirib. Belə ki, baş həkimlə həkim arasında dəhlizdə mübahisə yaranıb, sonra İbrahimov baş həkimin otağına daxil olaraq onun qarın boşluğuna 7 bıçaq zərbəsi endirib. Hazırda P.İbrahimov saxlanılaraq nəzarətə alınıb.

Baş həkim Şahin Baxşəliyevin bacısı Tamam Baxşəliyeva Bizimyol.info saytına baş verən hadisənin təfərrüatı barədə bunları danışıb:

"Qardaşımın vəziyyəti ağırdır.7 bıçaq yarası var, oksigenlə nəfəs alır, ayılmayıb. Ayılmağa qoymurlar. Böyrəkləri, ağiyərləri zədələnib. Həkimlər heç nə demir. Yaraları çox genişdir”.

Tamam Baxşəliyevanın dediyinə görə adı cinayətdə hallanan həkim klinikada çalışan qızları təhqir edirmiş. Baş həkim onu çağırıb xəbərdarlıq edib: “Qardaşım çağırıb deyib ki, belə eləmə, işdən azad ediləcəksən. O da çıxıb gedib, fırlanıb, bıçaqla gəlib. Bilmirəm, nəşələnib, yoxsa nə qəbul edib".

Tamam Baxşəliyevanın ilk növbədə diqqət çəkməyən bu son cümləsi həkim etikası və həkimlərə nəzarət məsələsini yada salır. Bir çox xəstəxanalarda xəstələrlə, tibbi personalla kobud davranan həkimlərə rast gəlirik. Tibb Universitetinin diplomunu əsas gətirərək bir çox həkimlər ixtisas dəyişir, hansı sahə pulludursa o sahə üzrə kurs keçdikdən sonra həmin sahədə çalışmağa başlayırlar. Tanıdğım bir anestezioloq yüngülvari kursdan sonra mama ginekoloq kimi çalışırdı. Üstəlik hər gün neçə -neçə qadını abort edən, müalicə yazan həmin xanım həkimin sirroz xəstəsi olduğunu da bilirdim. Türkiyədə müalicə alır, pasiyentləri qaçmasın deyə xəstəliyini də bərk- bərk gizlədirdi (hərçənd bu xəstəliyi də elə bir xəstə pasiyentdən ona keçmişdi).

Şahin Baxşəliyev Şahin Baxşəliyev

Güvənərək qapısını döydüyümüz xəstəxanalarda həkimin xəstəliyi, hansısa əsəbi ruh halı, psixoloji vəziyyəti barədə çox təbii ki heç kimə məlumat verilmir. Halbuki bir ay öncə tamamilə sağlam olan həkim hansısa qorxunc virusa yoluxmuş və ya hansısa maddənin təsiri altında ola bilər.

Həkimlərə aylıq nəzarət varmı? Bu sualımıza həkim Sevinc Qurbanova cavab verdi. Həkimin dediyinə görə uzun illərdir dövlət xəsətəxanasında həkim işləsə d həkimlərin tibbi profilaktik baxpışdan keçməsi halı ilə qarşılamayıb. Gömrük, hərbi kimi sahədə çalışan həkimlər hər il çalışdıqları müəssisənin bütün əməkdaşları kimi rutin tibbi kontroldan keçmək məcburiyyətindədirlər. Lakin başqa xəstəxanalrda həkimlərin profilaktik müayinəsi aparılmır. Halbuki dediyimiz kimi bu vacibdir. Həkim də hər kəs kimi adi insandır.Xəstələnə, psixoloji problemlərdən əziyyət çəkə bilər. Faktiki olaraq sözügedən hadisəsdə bıçaqlanma hadisəsi törətmiş həkimin sinirinə nəzarət edə bilməməsi faktı açıq aydın görünür.

Başımıza gələn bir çox işlər qanunları bilməməyimizdən irəli gəlir. Klinikada qızları təhqir edən o həkimin diplomu ona özündən aşağı səviyyəli diploma malik olan şəxsləri təhqir etmək imkanı vermir.

Həkimlərin etik davraış qaydalarında bildirilir:

Həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Xəstələrə göstərdiyi yardımın keyfiyyətinin artırılması məqsədi ilə həkim, tibb elminin son nailiyyətlərindən istifadə edərək, öz bilik və bacarıqlarını daimi təkmilləşdirməlidir.

Həkimin hərəkətlərinə və qəbul etdiyi qərarlara şəxsi və maddi maraqların səbəbləri təsir etməməlidir. Eyni zamanda, insanların haqlı tənqiddən fəaliyyətinin təkmilləşdirməsində və çatışmazlıqların aradan qaldırmasında həkim səmərəli istifadə etməlidir.

Həkim, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə səhiyyənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »