Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin artilleriya anbarında baş verən yanğın tam söndürülüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi-nəqliyyat aviasiyasının “İl-76” təyyarələri və ordu aviasiyasının “Mi-8” helikopterləri anbardakı yanğının söndürülməsinə cəlb ediliblər.
Qeyd edək ki, ötən gün Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin ərazisində partlayışla müşayiət olunan yanğın baş verib. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Anbarın yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə qərar verilib.