Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ABŞ separatçılara dəstəyi dayandırmalıdır”

“Honkonq Çinə məxsusdur. Çin ölkə suverenliyinə zərər verə biləcək hər hansı addıma qarşı qətiyyətlə cavab verəcək”.

“Reuters”in verdiyi xəbərə görə, bunu Çin Xarici İşlər Nazirliyinin Honkonqdakı komissarı Xie Feng deyib.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Honkonqla bağlı bəyanatına toxunan çinli diplomat bildirib ki, ABŞ siyasətçiləri Honkonqdakı separatçılara dəstəyi dayandırmalıdır.

Qeyd edək ki ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Honkonqdakı etirazlara dəstək ifadə edən bəyanat yayıb.

Xatırladaq ki, Honkonqda saxlanılan şübhəlilərin Çin, Tayvan və Makaoya ekstradisiya olunmasını nəzərdə tutan qanun layihəsi Honkonqda genişmiqyaslı etirazlara səbəb olub. Uzun müddət davam edən etiraz aksiyaları şəhər idarəçiliyinə qarşı yönəlib. (apa)

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »