Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş katib NATO-nun təhlükəsizliyinə əsas təhdidləri açıqladı

Fövqəldövlətlər arasında rəqabət, terrorizm və kibercinayətkarlıq hal-hazırda NATO ölkələri və müttəfiqlərinin üzləşdikləri əsas problemlərdir.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Əsas təhlükə olaraq Stoltenberq Rusiya və Çin kimi böyük güclər arasında rəqabətin artmasını göstərib.

Stoltenberqin fikrincə, ikinci qlobal çağırış terrorizmdir: “Formasından və görünüşündən asılı olmayaraq terrorizmi və ekstremizmi qınamalıyıq”.

NATO-nun Baş katibi hesab edir ki, digər bir təhlükə kiber texnologiyaların inkişafı və onunla əlaqəli olan cinayətlərdir: "Biz kiberhücumların adi hücumlar qədər təhlükəli olduğunu başa düşməyə başladıq” deyən baş katib əlavə edib ki, NATO şəbəkə məkanında öz qurumlarını qorumaq üçün fəal çalışır. (Report)

Son xəbərlər
Bütün xəbərlər »