Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərinləşdirici içki yerinə yuyucu vasitə verdilər

Ötən həftə fransanın elit restoranlarından birində zəhərlənmə halı qeydə alınıb.

"Bizimyol.info" Fransa KIV'nə istinadən xəbər verir ki, hadisə 22 yaşlı qızın şam yeməyi yemək üçün ailəsiylə birlikdə getdiyi "La Fontaine Aux Bretons" otelinin restoranında baş verib.

Belə ki, gənc qıza sifariş etdiyi sərinləndirici içki yerinə "restoranın soyuducusuna səhvən gəlib düşən" yuyucu vasitə təqdim edilib.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya qaldırılaraq süni komaya salınıb. "O içdiyini qaytardıqda maddə onun paltarını belə yandırdı"- qızın valideynləri açıqlamasında vurğulayıb.

Gənc qızın atası övladının "qida borusu"nu itirmə riski olduğunu bildirib.

Adelya

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »