Rusiyanın Ryazan vilayətində mikroavtobusla avtomobilin toqquşması çoxlu sayda insan tələfatına səbəb olub.
Bizimyol.info Rusiya KİV-lərinə istinadən məlumat verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib, 2-si ağır olmaqla 8 nəfər yaralanıb. Yaralıların hamısının Tacikistana gedən taciklər olduğu qeyd edilir. Yol nəqliyyat hadisəsi sürcünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması səbəbi ilə baş verib.