Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Diqlas”dan sonra “Sədərək” – Yanğından hansı dərslər çıxarıldı?

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğından sonra “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın hadisəsi ticarət mərkəzlərində və bu kimi insanların çox toplaşdığı məkanlarda təhlükəsizlik tədbirlərinin nə səviyyədə olması məsələsini gündəmə gətirir. FHN Dövlət Yanğın Nəzarəti Xidmətini şöbə rəisi Elnur Babayev Bizimyol info saytına təhlkəsizlik məsələlərindən danışarkən bidirib ki, “Sədərək”də baş verən yanğın kifayət qədər güclü olub, burada II dərəcəli yanğın hadisəsi baş verib.

“Sahibkarlart müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına mütləq riayət etməlidirlər. Bu qanunda da öz təsbitini tapıb. Hər bir rəhbər və vətəndaş insan həyatını təhlükəyə atacaq amillərə diqqət yetirməlidir. Bu kimi müəssisələrdə təxliyənin asanlaşdırılması amilləri nəzərdə tutulmalıdır. Ticarət obyektlərinin inşası zamanı və sonradan quraşdırılan yanğından mühafizə, tüstü xaricetmə,ventiliyasiya qurğularını quraşdırsalar da, bir müddətdən sonra səhlənkarlıq edib sökürlər və ya qulluq göstərilmədiyinə görə qurğular nasaz vəziyyətə düşür. Sahibkarlara üz tutub deyərdim ki, bu qurğulara mütəxəssislər tərəfindən vaxtaşırı diqqət edilsin, köhnə qurğular, artıq yüklənən qurğular yeniləri ilə əvəz edilsin.Elketrik qurğuları istismar edilərkən təhlkə mənbəyi olur.Vətəndaşlar yanğın baş verərkən nə etməli olduqlarını bilməlidirlər”.

Qeyd edək kİ, yanğın parfümeriya mallarından başlayıb. Kimyəvi tərkibli qaz balonlarının partlaması 900 kv metr ərazidə yanğına səbəb olub. Yanğında 1 mülki şəxs, 15 nəfər polis və yanğınsöndürmə xidmətinin əməkdaşları xəsarət alıblar. Yanğın zamanı ticarət mərkəzində fəaliyyət göstərən şəxslər özləri mallarının yanğından mühafizə olunmasında iştirak ediblər. Hadisə yerinə gələn fövqəladə hallar nazirinin müvini qeyd edib ki, yanğının söndürülməsinə 120 nəfər yanğınsöndürən cəlb olunub və onlar sahibkarlara mallarını xilas etməyə imkan yaradıblar. O ki qaldı yanan malların sığortalanmasına...

Azərbayanda sığorta şirkətləri sahibkarlara öz bizneslərini müxtəlif risklərdən sığortalamaq üçün xidmətlər təklif edirlər. O cümlədən, hər hansı obyekti icarəyə götürüb, burada ticarətlə məşğul olan iş adamları da satdığı malları müxtəlif hadisələrdən, məsələn, yanğından sığortalaya bilərlər. Cüzi bir məbləğ (malın dəyəri ilə müqayisədə) ödəməklə alınan sığorta sahibkarları bəzən bütün bizneslərinin batmasından sığortalaya bilər. Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədli saytımıza bildiri ki, kimi ticarət mərkəzlərində olan mağazalardakı malları sığortalamağa sığorta şirkətləri maraq göstərmirlər:

“Məsələ burasındadır ki, belə ticarət mərkəzlərində satılan malların dəqiq uçotu aparılmır. Yəni sabah yanğın baş verdikdə bilmək olmur ki, bu mağazada nə qədər mal olub. Gedib çemodanla Türkiyə və Çindən malı daşıyıb gətirib yığırlar mağazaya: nə düz-əməlli qiyməti qeydə alınıb rəsmiləşdirilir, nə normal idxal sənədləri olur. Eyni problem bu gün “Binə” və “Sədərək”də də mövcuddur. Orada bildiyiniz kimi, ildə bir neçə dəfə yanğın olur, amma heç kim yanan malına görə sığorta ala bilmir.

İnsan oğlu var olduğu sürəcə xətaları da olacaq, bu xətaların ortaya çıxardığı ağır nətcələr də. Yanğın da kiçik hesab etdiyimiz hansısa xətadan irəli gələn ağır sondur.Yaponlar deyirlər ki, biz faciəyə faciə baş verməzdən öncə hazırlaşırıq. Bizdə isə faciə baş verincəetməloi olub sabaha saxladığımız vacibatlar yada düşür. O da bir müddət sonra yenidən unudulur. Bu yanğın hadisəsində can itkisi, ölüm halları olsaydı acısını yəqin illərlə unutmayacaqdıq. Faciəəyə faciə gəlməzdən öncə hazırlaşaq.

İlhamə Rəsulova

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »