Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb
1532598516_prokurorluq-696x286

Qəbələdə toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən daxil olan birgə məlumatda qeyd olunur ki, avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində Həsən Əsgərovun həyətində təşkil olunmuş toy məclisində iştirak edən təxminən 500 nəfər qonaqdan 89 nəfərinin (19-u qadın, 8-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət etmişdir.

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşlarının, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şəki Regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilmiş, toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülmüş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanmış, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir.

İlkin araşdırma zamanı müəyyən olunmuşdur ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları (kabablar, toyuq əti, salatlar, qarpız, üzüm, düşes, kompot və sair) qəbul etdikdən sonra halları pisləşmiş, dərhal rayon mərkəzi xəstəxanasına və Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə müraciət etmişlər.

Hadisə zamanı zərər çəkmiş şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunmuş, onlardan 88-i ilkin tibbi yardım göstərilməklə evə buraxılmış, 1 nəfərin isə stasionar şəraitdə müalicələri davam etdirilir.

Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir.(apa)

Paylaş »
››› Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"
››› İranın Ali dini lideri etirazçılara müraciət edib
››› Almaniya məhkəməsi 12 yaşlı azərbaycanlının deportasiya qərarını ləğv edib
››› Ad günündə sevgilisini və dostunu güllələdi
››› SOCAR-ın yüksək vəzifəli əməkdaşının qardaşı Xəzərdə itkin düşdü
Son xəbərlər
Bütün xəbərlər »