Pakistanda qurban bayramı öncəsi maraqlı görüntülər qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, Karaçi şəhərində çoxmənzilli binada yaşayan ailə evin damında yetişdirib bəslədiyi öküzləri evin damından kranla endirib.
Ev sahibləri balaca buzovkən aldıqları heyvanları Qurban bayramına qədər damda böyütməyə qərar veriblər. Lakin heyvanlar böyüdükdən sonra onları çiyində yerə endirəcək nağıllardakı Bəhram Gurun “Fitnəsi” peyda olmadığına görə, öküzləri damdan kranla endirməli olublar.