Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbələdə toy mərasimində zəhərlənənlərin sayı 75-ə çatıb

Avqustun 5-də Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimində qidadan zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edənlərin sayı 75 nəfərə çatıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, digərləri kişilər olub. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ MRX-da lazımı yardım edilib. Gecə saat 02:00 radələrində xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb.

Hazırda xəstəxanada 2 nəfər qalıb.

Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »