Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın əleyhdarlarına “partlayıcı zərflər” göndərən şəxs ömürlük həbs edilə bilər

Nyu York məhkəməsi ABŞ prezidenti Donald Trampın əleyhdarlarına poçtla partlayıcı qurğular göndərdiyini etiraf edən amerikalı Sizar Sayakı 20 il azadlıqdan məhrum edib.

APA “TASS”a istinadla xəbər verir ki, məhkəmə salonunda çıxışı zamanı şübhəli bağlamalar barədə danışan Sayak bildirib ki. o, heç kimə zərər vermək niyyətində olmayıb.

Rəsmilərin bildirdiyinə görə, Sayak müxtəlif vaxtlarda bir çox ünvanlara poçt vasitəsilə on dəfədən artıq kustar üsulla hazırlanmış partlayıcılar göndərib. Həmin şəxslər arasında keçmiş prezident Barak Obama, keçmiş dövlət katibi Hillari Klinton, maliyyəçi Corc Soros, aktyor Robert De Niro da olub. Adıçəkilənlərin hər biri hazırkı prezidentin tənqidləri ilə tanınır.

Hətta “partlayıcı zərflər”dən ikisi CNN telekanalına da ünvanlanıb. Xoşbəxtlikdən bu günədək partlayıcıların heç biri partlamayıb və heç kim xəsarət almayıb.

Törətdiyi cinayət əməlinə görə Sayak kütləvi qırğın silahlarından istifadə etməkdə, həmçinin partlayıcı qurğuların bir ştatdan digərinə daşınmasında ittiham olunur. Ona ömürlük həbs cəzasının verilməsi də istisna edilmir.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »