Qaradağ rayonunda bir nəfər döyülüb.
Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4 nəfər naməlum şəxs 1985-ci il təvəllüdlü Fərman Əmirovu Sədərək Ticarət mərkəzinin ərazisində döyüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan F.Əmirov xəstəxanaya yerləşdirilib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsləri axtarır.