Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən yaşlı ingilis vəfat etdi: 41 ildir pensiya alırdı...

Böyük Britaniyanın iki ən yaşlı insanından biri sayılan Alf Smit həyatla vidalaşıb. Bob Ueytonun həmyaşıdı 111 yaşında vəfat edib.

Bizimyol.info xəbər verir ki, Alf Smit 70 yaşında pensiyaya çıxmışdı. Yəni 41 ildir Böyük Britaniya hökumətinin verdiyi pulla yaşayırdı.

Smit Ueytonla eyni gündə - 1908-ci ilin martın 29-da dünyaya gəlib. Bob xəbəri böyük kədərlə qarşılayıb: “Sanki qardaşım ölüb”.

Böyük Britaniyanın ən yaşlı iki insanı hər il martın 29-da bir-birini təbrik edirmiş. Ueyton Smitin qızına zəng vuraraq, başsağlığını çatdırmaq fikrindədir.

Bob Alfı çox yaxşı və maraqlı adam adlandırıb. İndi Ueyton ən yaşlı ingilis adını tək daşıyacaq.

Bobun 3 övladı, 10 nəvəsi, 25 nəticəsi var. O, 111-ci doğum gününü qocalar evində keçirmişdi. Ueyton uzunömürlülüyün sirri haqda sual eşidəndə zarafatca “ölümdən hər yolla qaçmaq” cavabını verir.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
Son xəbərlər
Bütün xəbərlər »