Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov sürprizdən çəkinir

Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr təmsilçisi APOEL-lə üz-üzə gələcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçla bağlı fikirlərini bölüşüb.

Virtualaz.org-un məlumatına görə, o bildirib ki, APOEL-in gücü hər kəsə məlumdur: “Hesab edirəm ki, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur”.

Ağdamlıların baş məşqçisi rəqibin heyətindəki dəyişiklikləri şərh edib: “Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub, bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən. Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir, ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındırlar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq”.

Qeyd edək ki, APOEL – “Qarabağ” görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »