Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbulda narkobaronlar arasında atışma
Bu gecə İstanbulun Qaziosmanpaşa məhəlləsində iki qrup arasında silahlı qarşıdurma baş verib.

Teleqraf.com xəbər verir ki, silahlı qarşıdurmada iştirak edən tərəflər narkotik satıcıları olub. Qarşıdurma zamanı bir nəfər ağır yaralanıb. Vəziyyətə dərhal polis müdaxilə edib. Polis silahlı qarşıdurmaya müdaxilə edərək iki nəfəri həbs edib. Silahlı qarşıdurma təxminən 30 dəqiqə davam edib.

Xəbərə görə, silahlı qarşıdurmada iştirak edən qruplardan biri hadisə yerindən qaçaraq izi azdırmağa nail olub. Silahlı qarşıdurma zamanı küçədə olan avtomobillərə ziyan dəyib.

İstanbul polisi vəziyyəti sabitləşdirdikddən sonra hər iki qrupun ola biləcəyi ünvanlarda əməliyyat keçirib.

Son xəbərlər
Bütün xəbərlər »