Müxalif qüvvələr Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasına raketlərlə hücum etdi, ancaq hərbi təsisatlara bir zərər dəymədi.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda hərbi bazaya 3 raket atıldığı və raketlərin bazanın yaxınlığındakı Ruaysed Afif məntəqəsinə düşdüyü bildirilib.