Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kennedi lənəti” öldürməkdə davam edir

Həddindən artıq dozada narkotik qəbul edən Sirşa Kennedi həyatını itirib. Beləcə, “Kennedi lənəti” öldürməkdə davam edir.

Bizimyol.info xəbər verir ki, həyatını itirən ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşının nəvəsidir. 22 yaşlı qız üç ildir depressiyadan əziyyət çəkirdi. Narkotik maddələrə aludə olmaq onu qısa zamanda sıradan çıxarıb.

Sirşa son günlər nənəsi Etellə qalırmış. Etel Con Kennedinin ardınca öldürülən senator Robert Kennedinin həyat yoldaşı olub.

Kennedilər nəslinin nümayəndəsi hələ bir neçə il əvvəl “Daily Mirror” nəşrindəki məqalədə problemləri haqda açıq danışmışdı. O, xoşbəxt uşaqlıq keçirsə də, tutmalardan heç cür yaxa qurtara bilmədiyini demişdi. Sirşa, öz təbirincə desək, sevgilisi sərhədləri aşandan sonra özünü çox pis hiss etməyə başlamışdı.

Kennedilərdən əvvəlcə prezident Conu öldürmüşdülər. 1963-cü ildə Dallasda ABŞ dövlət başçısının həyatına son qoymuşdular. İndiyə qədər çoxları onu öldürmək ideyasının məhz Li Harvi Osvalda məxsus olduğuna inanmır.

Beş il sonra Roberti də aradan götürdülər. Conun qardaşı da prezident olmaq ambisiyalarını ortaya qoymuşdu.

Sirşa son 20 ildə Kennedilərin öz həyatını erkən itirən dördüncü üzvüdür. Prezidentin oğlu Con, qardaşı Co və bacısı Ketlin təyyarə qəzasından sağ çıxmamışdı.

Kennedilərdən başqa ölənlər, ölümə xeyli yaxınlaşanlar, həyatını məşəqqət içində keçirənlər də az olmayıb. 1964-cü ildə Conun başqa bir qardaşı Edvard az qala təyyarə qəzasında həyatını itirəcəkdi. 1984-cü ildə narkotik maddələr Sirşa kimi Robertlə Etelin oğlu Devidin də həyatında nöqtə rolunu oynadı. Bundan 13 il sonra Sirşanın əmisi Maykl dağ xizəyi zamanı həyatla vidalaşmışdı.

Son xəbərlər
Bütün xəbərlər »