ABŞ yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasına qəbir qazdı.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, adı çəkilən müqavilənin ləğviylə bağlı məsuliyyəti tam olaraq Vaşinqton daşıyır:
“Gələcəkdə bütün beynəlxalq təhlükəsizlik arxitekturası və strateji stabillik üçün neqativ nəticələr qaçılmazdır. Günah bütünlüklə ABŞ tərəfinin üzərinə düşür. Məhz ABŞ razılaşmanın qəbir qazanı oldu”.