Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldar Mahmudovun əmisi oğlunun işi: “MTN-də sözü müavinlərdən çox keçirdi”

“MTN-də Eldar Mahmudovun əmisi oğlu Vüqarın sözü müavinlərdən də çox keçirdi”, - bu fikri Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmədə zərərçəkmiş Sahib Qurbanov səsləndirib.

Bizimyol.info xəbər verir ki, Sahib Qurbanov nazirliyin ayrı-ayrı əməkdaşlarına böyük məbləğdə pul verdiyini, amma tam geri ala bilmədiyini söyləyib. Zərərçəkmişin dediyinə görə, tanışı Amil Yusifovun siqaretləri müsadirə olunanda ona da hədə-qorxu gəliblər, 40 min dollarını alıblar. Sahib Qurbanov pulu MTN əməkdaşı Heydər İslamova verdiyini deyir. İslamov sonradan, üstəlik, ondan 55 qutu siqaret də alıb. Bununla iş bitməyib. Bir müddət sonra Heydər İslamov həmkarı Rafiq Səfərovla birlikdə ondan yenə əlavə pul istəyib. Bu dəfə Sahibin digər tanışı Zaur Əzimov həbs olunmaq təhlükəsi ilə üzləşibmiş. Zərərçəkmiş sonda MTN əməkdaşlarına hissə-hissə 120 min manat verildiyini bildirir.

Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılandan sonra Sahib Qurbanov pullarını geri almaq qərarına gəlib. Əvvəlcə Heydər İslamovdan 5 min manatını alıb. Sonra notarial qaydada daha 25 min manat ödənilib. MTN əməkdaşları etiraf edibmiş ki, Binəqədidə yanan binaya görə 200 min manat alıblar, geri qaytarmaq məcburiyyətindədirlər. Onlar həm də pulların əksərini Vüqar Mahmudova çatdığını söyləyirlərmiş: “Onun dediyi hər kəlmə Eldar Mahmudovun sözü kimi qəbul edilirdi”.

Sahib Qurbanov 55 min manatının hələ də ödənilmədiyini deyir.

Az əvvəl adı çəkilən Zaur Əzimov Sahib Qurbanovun dediklərini təsdiqləyib. Bildirib ki, MTN əməkdaşlarına pulları borc alaraq verib. Bununla həbsdən yaxa qurtarmağa çalışsa da, alınmayıb. Borc aldığı şəxslər ondan şikayət edib, həbsə salınıb: “Adım dələduz kimi çəkilir. İndi mənə dəyən 100 min dollarlıq siqaret ziyanını və 120 min manat pulu tələb edirəm. Həmin pulları mənə qaytarsınlar ki, zərərçəkənlərə verim”.

Zaur Əzimov bu işdə Vüqar Mahmudovun birbaşa rolu olduğunu söyləyib.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »