Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Sədərək”dəki yanğında polislər könüllü yanğınsöndürmə qruplarının işini görürdülər” – Video

Bu il “Diqlas” ticarət mərkəzindən sonra avqustun 4-də Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verib. Hadisə nəticəsində məhsullar yanıb və 16 nəfər təcili tibbi yardıma müraciət edib.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Bizimyol.info-ya bildirib ki, son vaxtlar insanların daha çox olduğu məkanlarda yanğın hadisələrinin tez-tez şahidi oluruq: “İnsanların çox istifadə etdiyi məkanlarda baş verə biləcək yanğın hadisələri böyük fəlakətə səbəb ola bilər. Burada yüzlərlə insan olduğunu nəzərə alsaq məsələnin nə qədər ciddi olduğunu anlayarıq. Ümumiyyətlə ticarət mərkəzlərində, bazarlarda yanğın təhlükəsizliyinə ciddi riayyət etmək lazımdır. Bunu hər bir obyektin rəhbərliyi, yaxud oranı icərə müqaviləsi əsasında işlədən icəradar bilməlidir ki yanğın təhlükəsizliyi qaydalarının pozulması böyük faciələrə gətirib çıxarda bilər. Belə böyük ticarət obyektlərində yanğın təhlükəsizliyinə cavabdeh şəxslər olmalıdır. Onlar obyektdə yanğın təhlükəsizliyinin pozulması hallarına qarşı necə deyerlər mübarizə aparır. Nöqsanlar, nasazlıqlar və çatışmamazlıqlar barədə rəhbərliyə məlumat verərək aradan qaldırılmasını təmin edir. Daha sonra yanğınsöndürmə vasitələrinin , yanğın dolablarının, yanğın şitlərinin, yanğın datçiklərinin, yanğın siqnalizasiya vasitələrinin, hidrantların, ehtiyyat yanğın su çəninin işlək və saz vəziyyətdə olmasına nəzarət etməli , nazaslıq varsa vaxtında aradan qaldırmalıdır”.

Ekspert onu da qeyd edib ki belə obyektlərdə könüllü yanğınsöndürmə qrupları fəaliyyət göstərməlidir: “Onlar bazarın işçilərindən olur və müvafiq qrumlar tərəfindən xüsusi kurs keçdikdən sonra fəaliyyətə başlayırlar. Onların işi yanğın baş verərsə yanğınsöndürmə qrupları gələnə qədər vəziyyəti nəzarətdə saxlayır, insanların təhlükəsiz təxliyyə edilməsini təşkil edir, əmlakın çıxarılması, vəziyyətə görə ilkin yanğınsöndürmə vasitələrindən istifadə edib yanğının söndürülməsinə və yanğınsöndürmə qrupları gələndə onlara illkin vəziyyət haqqında məlumat verir. Bu qrupda olan adamlar isə həmin obyektin işçilərindən olurlar. Hətta onların maaşarını digər işçilərdən 5 faiz artıq verməklə də üzərlərinə düşən məsuliyyəti anlatmaq olar. Baxın bir fövqəladə hadisə zamanı görün bu könüllü yanğınsöndürmə qrupları nə qədər iş görə bilərlər və insanları təhlükəsiz təxliyyə edə, əmlakı yanğından qoruya bilər. Hesab edirəm ki bu çox vacibdir”.

Ekspert deyib ki, dünən baş verən hadisədə polislər könüllü yanğınsöndürmə qrupların işini görürdülər: “Onlar böyük sücaət göstərərək yanğın vaxtı həm insanların təxliyyə olunmasını həm əmlakın çıxarılmasını, həm də xəsarət alanlara ilkin yardım göstərilməsini həyata keçirdilər. Bu təqdirəlaiq bir addımdır. Ümid edirəm Daxili İşlər Nazirliyinin rəhbərliyi onların sonrakı fəaliyyətində o polislərin işini qiymətləndirəcək. Ümumiyyətlə polis əməkdaşları yanğın vaxtı ərazinin təhlükəsizliyini təşkil edir, yanğınsöndürmə maşınların həmin əraziyə maneəsiz girişini təmin edir və bunu özlərinə fürsət bilib oğurluq etmə hallarının qarşısını alır”.

Paylaş »
››› “Ded Xasan”ın qətlinin üstü açılır
››› Milli Şura Bakının mərkəzində aksiya keçirib - Video
››› Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq
››› Əli Kərimli saxlanılıb
››› Nazir Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi
Son xəbərlər
Bütün xəbərlər »