Publika.az xəbər verir ki, limon problemli və yağlı dərinin əvəzsiz dərmanıdır. O, həmçin təbii təmizləyici vasitədir. Üzdəki civzələri yox edir, onların yerini faydalı minerallarla doldurur. Əgər dərinizdəki qara nöqtələr sizi təngə gətiribsə, bu üsulları sınaqdan keçirdin.
Soyuducudan limonu götürüb, ortadan kəsin. İçərisinə təbii bal damcıladıb, üzünüzü silin. Sonra 5 dəqiqə gözləyib, üzünüzü sərin su ilə yuyun.
Bununla sizi narahat edən dəridəki qara nöqtələrdən, piqment ləkələrindən canınızı qurtarın.