Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN ABŞ-ın raketlərin ləğvi haqqında müqavilədən çıxmasının səbəbini açıqlayıb

ABŞ orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilədən ona görə çıxdı ki, bu müqavilə onlara meneə olurdu.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti tərəfindən məlum müqavilədən çıxmaq barədə göstərilən səbəblər mifdir.

"Biz dəqiq bilirik ki, orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilə bıçaq altına gedib. Ona görə ki, bu müqavilə Vaşinqtona maneə olurdu. Bunun başqa, bir səbəbi sadəcə olaraq yoxdur və ola da bilməz. Göstərilən digər səbəblər isə sadəcə olaraq kamuflyajdır. Dövlət Departamentinin 30 iyul arayışı və bu ilin yanvar ayındakı anoloji arayışında hər abzasdan bir "Rusiya mifi" sözü təkrar edilir. Həqiqət dəyişmir, reallıq olduğu kimi qalır. Xoca Nəsrəddin demişdi ki, halva-halva deməklə ağız şirin olmaz. Ona görə də, Dövlət Departamentinin "mif" sözünü təkrarlaması ilə reallıq dəyişmir", -deyə rusiyalı diplomat bildirib.

Qeyd edək ki, bu il avqustun 2-də ABŞ-la Rusiya arasında Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi haqqıda Müqavilə öz fəaliyyətini dayandırıb. Bu ilin əvvəlindən Vaşinqton Rusiyanı bu müqavilənin şərtlərini pozmaqda ittiham edərək həmin müqavilədən çıxdığını bəyan edib. Moskva isə həmin ittihamları rədd edib. Bu ilin iyul ayının əvvəlində prezident Vladimir Putin məlum müqavilənin dayandırılması haqqında qanunu imzalayıb.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »