Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sənədsiz evlərin kompensasiya məsələsindəki istisnalar yeni problemlərə yol açacaq"

Bir neçə gündür sosial şəbəkələrdə evlərin sənədləşdirilməsi və xüsusi riskli ərazilərdə yerləşən evlərin köçürülməsi tələbatı yaranarsa onlara kompensasiya verilib- verilməyəcəyi məsələsi müzakirə olunur. Problemin 600000-dən çox evi və ən az 1mln.200000 insanı əhatə etdiyini nəzərə alsaq bu məsələ çoxlarını narahat edir və xalqın diqqət mərkəzindədir.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) məsələylə bağlı qəti şəkildə bildirib ki, sənədsiz evlər sənədləşdirilərkən hər hansı kompensasiyadan söhbət gedə bilməz.

Milli Məclisin deputatı Fəzail Ağamalı da komitənin bu fikrini dəstəkləməklə günəmə gəldi. Parlament üzvü hesab edir ki, qanunsuz tikililərə görə onların sahiblərinə kompensasiya ödənilməsi düzgün deyil. Lakin istisnalar ola bilər.

“Ola bilsin, bir sıra sahələr, yerlər var ki, orada bələdiyyələrin verdiyi sənədlər əsasında tikinti işləri aparılıb. Ancaq bunlar rəsmiləşdirilməyib. Ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq həmin tikililər sənədləşdirilməlidir.

Bununla yanaşı, infrastrukturun yaradılması, yolların genişləndirilməsi, dövlətin strateji planının tərkib hissəsi olan bu və ya digər tikililərin aparılması ilə bağlı söküntü işləri həyata keçirilərkən sənədləri olanlara kompensasiya veriləcək. Ancaq qanunsuz tikili aparanlara hər hansı şəkildə kompensasiya verilməli deyil”, - deyə F.Ağamalı əlavə edib.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Parlamentin başqa bir üzvü, deputat Nəsib Məhməliyev hesab edir ki, bu məsələ mürəkkəb olduğu üçün xüsusi diqqətə alınmalıdır. “Sənədsiz evlərin uçota alınması ilə bağlı dövlət başçısının tapşırığına əsasən müəyyən işlər başlamışdı.Burada bir mürəkkəbliklər meydana çıxdı. İlk növbədə müxtəlif kommunikasiyaların altında, neft, qaz yataqları yerləşən ərazidə tikilmiş çoxsaylı qanunsuz tikililər və s.Bunların ümumi sayı həddindən çoxdur. Ancaq hesab edirəm ki, hər zaman olduğu kimi, bu məsələdə də dövlət vətəndaşının yanında olacaq”.

Qeyd edək ki, Azərbaycanda 600 min sənədləşdirilməmiş ev mövcuddur. Bu evlərin 450 mini Bakı və Bakıətrafı qəsəbələrin, yerdə qalan 150 mini bölgələrin payına düşür.

İqtisadçı ekspert Vüqar bayramlı da sənədsiz evlərə kompensasiyanın verilməsindən danışıb:

Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də “riskli ərazi” hesab edilən torpaqlarda inşa olunan qeydiyyatsız evlərə kompensasiyanın verilib-verilməməsidir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hazırladığı təkliflər paketindən belə evlərə kompensasiyanın ödəilməsi təklif olunur. Aydındır ki, Bakı və ətraf ərazilərdə yerli icra hakimiyyəti orqanlarının və eləcə də bələdiyyənin xəbəri olmadan nəinki ev tikmək, hətta evin bünövrəsini belə tökmək mümkün deyildi. Bu “xəbərdarlıq” üçün ev sahibləri əlavə ödəniş etmək məcburiyyətində qalırdılar. Buna görə də, əgər belə ərazilərdə evlərin inşasına yerli icra hakimiyyəti orqanları və bələdiyyələr əksər hallarda müəyyən ödəniş müqabilində “göz yumublarsa” niyə həmin ev sahiblərinə kompensasiya ödənilməməlidir? Bu baxımdan, beyin mərkəzi olaraq belə evlərin köçürülməsi baş verərsə kompensasiyanın ödənilməsi vacib hesab edirik və bu köçürmələr də həmin evlərin inşasına imkan yaradan yerli icra hakimiyyəti orqanlarını daxili mənbələri hesabına həyata keçirilə bilər. Bununla da dövlət büdcəsinə ağırlıq yaratmadan qeydiyyatsız ev sahiblərinə kompensasiyanın ödənilməsi təmin oluna bilər.

Qeyd edək ki, bizim təkliflərimiz “Əmlak Aministiyası”nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin və eləcə də nəqliyyat qovşaqlarının yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin.

Əlavə edək ki, bizim konsepsiyasında inkişaf etməkdə olan ölkələrdə o cümlədən qonşu Türkiyə və Rusiyada tətbiq edilən praktikadan istifadə olunub. Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır.

Son olaraq əlavə dək ki, Azərbaycanda əgər Vüqar Bayramlının dediyi o simvolik rüsum tətbiq ediləcəksə onun tam nə qədər, neçə kvadrata qədər olması da müəyyən olunmalıdır.Əks halda işbazlar bu boşluqlardan istifadə edib yenə başlayacaqlar öz bildiklərini eləməyə. Fərqli qiymətlər də haqlı narazılığa səbəb olacaq. İstisnalar sözünün işlənməsi də bu istisnalardan yalnız imkanı çatanların istifadə etməsi demək olacaq.Yeni bir proses, yeni problemlərə rəvac verəcək.

İlhamə Rəsulova

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »