Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov Ermənistanın da qatılacağı Xəzər İqtisadi Forumunu yüksək qiymətləndirib

"Rusiyanın böyük əhəmiyyət verdiyi birinci Xəzər İqtisadi Forumu region ölkələri arasında bir çox sahələrdə əməkdaşlığa təkan verəcək".

“Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Türkmənistanın xarici siyasəti və diplomatiyası” jurnalına müsahibəsində bildirib.

“Hökumətlər, aidiyyatı iqtisadi qurumlar, Xəzər regionunda çalışmaqda maraqlı olan işgüzar dairələr arasında birbaşa təmaslar üçün ixtisaslı meydanın qurulması çoxdandır yetişib. Bu mənada mütəmadi keçiriləcək Xəzər İqtisadi Forumuna dair Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü vaxtında irəli sürülüb”, – XİN başçısı deyib.

O, həmin forumun ticarət, sərmayə, turizm kimi sahələrdə əməkdaşlığa əlavə təkan verəcəyini, nəticədə Xəzərin dünyanın ən iri nəqliyyat və rabitə qovşaqlarından birinə çevriləcəyini söyləyib.

Qeyd edək ki, birinci Xəzər İqtisadi Forumu avqustun 11-12-də Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında keçiriləcək.

Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, Türkmənistanda keçiriləcək Birinci Xəzər İqtisadi Forumunda Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın başçılığı ilə nümayəndə heyəti də iştirak edəcək.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »