Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda güclü külək davam edəcək

Bakıda başlayan güclü külək davam edəcək. Hazırda küləyin sürəti bəzi yerlərdə 35 kilometrə çatır.

Sabahdan şimal küləyinin mülayimləşəcəyi gözlənilir. Bu barədə Bizimyol.info saytına Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

“Səhər saatarından ölkə ərazisində güclü şimal qərb küləyi əsir. Havanın temperaturu 4-5 dərəcə enib. Küləyin sürəti saniyədə 20-25 metr, Abşeron yarımadasının bəzi hissələrində 30-35 metr təşkil edir.Ötən günlər paytaxtda orta temperatur 34 dərəcə təşkil edirdisə, indi 27 dərəcədən çox deyil.

Sabahdan etibarən külək zəifləyəck. Ayın 6-7-də yağmursuz hava gözlənilir, ən yüksək temperatur 25-27 dərəcə olacaq.Şimal qərb küləyi yaxın iki gün ərzində arabir güclənsə də, tədricən zəifləyəcək”,- deyə Gülşad Məmmədova qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »