Bakıda səhər saatlarından başlayan güclu külək Filarmoniya bağında ağacların budağını qırıb.
Bu barədə bizimyol.info-ya məlumat verən paytaxt sakini bildirib ki, hadisə nəticəsində 16-17 yaşında bir uşaq xəsarət alıb. Xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Sakinin verdiyi məlumata görə, güclü külək hələ də ağacların budağı qırmaqda davam edir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu barədə yaydığı məlumatda bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədədir və Azərbaycanda maqnit qasırğası gözlənilir: “Bu gün və sabah Kp=5 səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Avqustun 7-də geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək”.
Ramid İbrahimov